Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AVRO-2016: Fransa terrorla mübarizəyə başlayır

AVRO-2016: Fransa terrorla mübarizəyə başlayır

 

Fransa hökuməti Avropa çempionatının final mərhələsi öncəsi təşvişə düşüb. 

Xeberinfo.com:  Apasport.az saytının xarici mətbuata istinadən məlumata görə, fransızlar indidən təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıblar.
 
Fransanın daxili işlər naziri Bernard Kazeneuve qitə birinciliyinin startına 3 ay vaxt qalmasına baxmayaraq, terrora qarşı lazımi tədbirlərin görülməsi üçün yoxlamalar olacağını açıqlayıb. Nazir mətbuat konfransında ölkə daxilində 75 yoxlama olacağını, bunun çoxunun turnirin startı öncəsi aparılacağını vurğulayıb.
 
Kazeneuve hesab edir ki, bununla həm də təhlükəsizlik qurumlarının hazırlığını test edəcəklərini söyləyib: “Fransaya qarşı terror təhdidləri hələ də çoxdu. Təhlükəsizlik qüvvələri ölkənin hər yerində baş verə biləcək bu tip olaylara qarşı daim hazır vəziyyətdə olmalıdı”.
 
Artıq sabahdan yoxlamalara başlanılacaq. İlk olaraq Nim şəhərindəki bir stadionda kütləvi qətliam gerçəkləşdirmək məqsədilə hazırlanacaq ssenaridə təhlükəsizlik qüvvələrinin alacağı tədbirlər test ediləcək. Polis akademiyasında oxuyan 1200 tələbə azarkeş qismində tribunalara yerləşdiriləcək. Yoxlamada Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və İdman Nazirliyindən 480 nəfər iştirak edəcək.
 
Ötən il noyabrın 13-də Parisdə baş vermiş terror hadisəsi zamanı 130 nəfər ölmüş, 350 nəfər isə yaralanmışdı. Bundan narahatlıq keçirən Fransa rəhbərliyi Avropa çempionatında yüzminlərlə turistin ölkəyə axın edəcəyini nəzərə alaraq, təhlükəsizlik tədbirlərinin artırılmasına qərar verib.
 
Qeyd edək ki, qitə birinciliyinin oyunları iyunun 10-dan iyulun 10-na qədər Fransanın müxtəlif 10 şəhərində keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam