Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"“Formula-1” yarışlarını 5 il məcburi keçirməliyik"

"Formula-1” yarışları üçün Azərbaycan 10 illik müqavilə imzalayıb. İlk 5 il ərzində biz bu yarışları keçirməkdən imtina etsək, cərimə ödəməliyik".

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O vurğulayıb ki, müqaviləyə görə, yalnız ikinci 5 ildə Azərbaycan yarışları keçirməkdən imtina edə bilər.

Nazir "Formula-1" yarışlarının Azərbaycanda keçirilməsi üçün 34 milyon manat ödənilməsinə münasibət bildirərkən deyib ki, təşkilati işlər üçün 12 milyon manat ayrılıb, yarışlarının keçirilməsi üçün verilən vəsait isə kommersiya sirridir.

"Formula-1"in büdcəsi 12 milyon manat idi. Hazırda asfalt örtüyünün dəyişilməsi işləri gedir. Azadlıq meydanında 300 metr uzunluq, 21 metr enlilikdə pitstop binasının tikilməsi işləri gedir. Xüsusi hasarlar qurulur, kanalizasiya lukları dəyişdirilir. “Formula-1” rəsmisi heç bir söz deməyib, İtaliyada hansısa bir insan açıqlama verib. O adam müqaviləni görməyib. Bu, ikitərəfli müqavilədir və məbləğ kommersiya sirridir. “Formula-1”in büdcəsi iki hissədən ibarətdir; birincisi hər il ödənən haqq, ikincisi isə təşkilati xərclərdir. Onun da açıqlaması tam şəkildə veriləcək", - Azad Rəhimov belə deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam