Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Azərbaycan “Formula-1“ yarışlarına 86 milyon dollar xərcləyəcək

 

2016-cı ildə "Formula-1" yarışlarının mərhələlərindən biri Bakı küçələrində keçiriləcək

"Xeberinfo.com":  Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ölkə gənc pilotları fəal şəkildə dəstəkləyəcək.
Oxu.az bildirir ki, o, həmçinin gələcəkdə milli komandanın yaradılmasını da istisna etməyib.
“Əlbəttə, biz istərdik ki, mərhələlər bizim bayrağımızın altında keçirilsin, yarışlarda bizim pilotlar, komanda və sponsorlar iştirak etsinlər. Bu layihədə çox böyük potensial görürük. Əminəm ki, bir müddətdən sonra biz bu layihə ilə fəal məşğul olacağıq. Şübhə etmirəm ki, nüfuzlu yarış seriyasında iştirak etmək ölkəmiz üçün maraqlı olardı”, - deyə nazir vurğulayıb.
Nazir həmçinin gələcəkdə yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.
2016-cı il mərhələsinə gəldikdə isə, o əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.
Hələlik "Formula-1" yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridir.
“Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün bir 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”, - deyə Azad Rəhimov bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam