Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Yeni transferlərimizdən ikisini Avroliqada, birini yalnız çempionatda oynadacağıq"

 

"Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə "Report"a komandanın baş məşqçisi Qurban Qurbanovməlumat verib.

Onun sözlərinə görə, siyahıda 24 futbolçu nəzərdə tutulsa da, sonradan gənc futbolçuları daxil etmək üçün 2 yer boş saxlanılıb. Yeni transferlər barədə danışan 43 yaşlı mütəxəssis 3 futbolçudan ikisini sifariş ərizəsinə daxil edə bildiklərini söyləyib: "Bunlar Samuel Armenteros və Migel Markosdur. Makedoniyalı müdafiəçi Vladimir Dimitrovskinin isə bir az problemləri yarandı. Bu onun klubu ilə bağlı oldu, sənədlərini vaxtında çatdıra bilmədilər. Ona görə də adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilmədi. Ola bilər ki, çempionat oyunları üçün götürək. Əvvəlki klubu iflas etdiyindən, azad agent kimi götürmə ehtimalımız var. Amma hazırda 2 futbolçu əlavə olunub. Sadəcə, 2 yeri boş saxlamışıq ki, hər hansı dəyişiklik olsa, gənc futbolçuları siyahıya rahat əlavə edə bilək. Söhbət adı siyahıda olan və bizim çıxardığımız yerli futbolçulardan gedir. Ehtiyac olsa, onları yenidən əlavə edə bilərik. Ümumilikdə bizə 24 futbolçu sifariş etməyimiz üçün icazə verilib. Ərizəmizdəki futbolçuları bir-bir deməyimə ehtiyac yoxdur. Siyahı açıqlananda hamının xəbəri olacaq".

"Qarabağ" qrup mərhələsindəki ilk oyununu sentyabrın 17-də İngiltərənin paytaxtı Londonda "Tottenhem"ə qarşı keçirəcək. Lakin hazırda komanda tam heyətlə hazırlaşa bilmir. Səbəb futbolçuların bir çoxunun milli komandaların düşərgəsində olmasıdır. Q.Qurbanovun heyətində milli komandaların düşərgəsində cəmi 11 futbolçu qalıb. Q.Qurbanovun sözlərinə görə, onlardan ikisi hələ zədəsini tam bərpa etməyib: "Əlimizdə cəmi 11 futbolçu var. Onlardan ikisi fərdi şəkildə məşq edir. Çünki hələ zədələrini tam bərpa etməyiblər. Biz Bakıda çalışırıq. Məşqlərə üç gündür başlamışıq və oyuna qədər məşqlərimiz davam edəcək. Ehtiyat qüvvənin azlığı sözsüz ki, bizə çətinlik yaradır. Futbolçular əlimizdə azdır və məşqlərimizin müəyyən proqram üzrə yaxşı səviyyədə keçirilməsinə mane olur. Amma ilk dəfə deyil. Belə hallar dəfələrlə olub. Həmişə çalışmışıq ki, düzgün qaydada hazırlaşaq".

Baş məşqçi hələlik "Tottenhem"lə oyun barədə danışmaq istəməyib: "Avropa Liqasının qrup mərhələsində güclü, ad-sanlı komandalara qarşı çıxış edəcəyik. Lakin bütün kollektivin olmaması səbəbindən, tam qüvvə ilə hazırlaşa, Avroliqadakı oyunlarımızı düşünə bilmirik. Yalnız onların dönüşündən və sentyabrın 12-də "Xəzər Lənkəran"la keçirəcəyimiz Premyer Liqa qarşılaşmasından sonra hərtərəfli fikir yürüdə biləcəyik. Hələ görək futbolçularımız milli komandalardan necə qayıdacaqlar... Əlbəttə, toplanılan hər bir xal reytinqimizi daha da yaxşılaşdırır. Bu barədə "Tottenhem"lə oyundan öncə fikirlərimizi bildirəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam