Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

"Qəbələ"nin sabiq futbolçusu Çempionlar Liqasına sifariş olunub

 

 

31 yaşlı hücumçu ilə yanaşı, Dodo və Vyaçeslav Tankovskinin də adları iştirak ərizəsinə daxil edilib

Yenixeber.org: Ukraynanın “Şaxtyor” klubu Çempionlar Liqasında 2017-2018 mövsümünün ikinci yarısı üçün daha 3 futbolçu sifariş edib.

Onların arasında “Qəbələ”nin sabiq oyunçusu Ruslan Fomin də var. 31 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Dodo və yarımmüdafiəçi Vyaçeslav Tankovskinin də adları iştirak ərizəsinə daxil edilib. Əvəzində Yunanıstan PAOK-una transfer olunmuş Marsio Azevedo sifariş ərizəsindən çıxarılıb. 

Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Lakin o, 16 oyunda bir qol belə vura bilməyib. "Şaxtyor" Çempionlar Liqasının 1/8 finalında "Qarabağ"la eyni qrupda çıxış etmiş İtaliya "Roma"sı ilə qarılaşacaq. İlk matç fevralın 21-də Xarkovda, cavab görüşü isə martın 13-də Romada keçiriləcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam