Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bakı "İnter"i Lüksemburq klubunu məğlub edib -Avropa Liqası

Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb.

Yenixeber.org:   Rəqib Lüksemburqun "Fola Eş" komandası olub.

"Dalğa Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 89-cu dəqiqədə Mirhüseyn Seyidov vurub. Bu, Azərbaycan klublarının cari mövsümdə üst-üstə 6-cı qələbəsi olub. Cavab görüşü iyulun 20-də Lüksemburqun Eş-sür Alzet şəhərindəki "Emil Mayriş" stadionunda keçiriləcək.

Qeyd edək ki, əslində matç iyulun 13-də keçirilməli idi. Lakin "Qəbələ" ilə "İnter"in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.

"İnter" əvvəlki mərhələdə Serbiya "Mladost"unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. "Fola Eş" isə Moldova "Milsami"sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb – 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində "Zirə" elə "Dalğa Arena"da "Differdanj"ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.

Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. "İnter" (Azərbaycan) – "Fola Eş" (Lüksemburq) – 1:0
Qol: Mirhüseyn Seyidov, 89
Baş hakim: Eytan Şmuelvits
Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Bakı, "Dalğa Arena".
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam