Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəqib döyüşçü zədələnən idmançımızı çiyninə qaldırdı

 

Bu gün Avropa Oyunlarında sambo yarışları keçirilir. 
"Xeberinfo.com":   Məlumata görə, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
 
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayır. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
74 kq çəki dərəcəsində döşəyə çıxan təmsilçimiz Amil Qasımov 1/4 finalda Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə də inamlı çıxış edən Qasımov 1/2 finalda bolqarıstanlı Martin İvanovdan güclü olub - 4:3.
 
Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb  -1:3. Bu, sambo komandamızın 3-ü “gümüş”ü, ümumilikdə yığmamızın 38-ci qızıl medalı olub.
Görüş zamanı maraqlı an da yaşandı. Döyüş zamanı ayağından zədə alan Qasımov, axsamağa başlayıb. İdmançımızın rəqibi olan Stepan Popov, Qasımovu çiyninə qaldıraraq, həkimlərin yanına qədər aparıb. Rəqib idmançının bu jesti azarkeşlər tərəfindən alqışla qarşılandı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam