Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakı-2015“-də Azərbaycan millisinin rəqibləri bəlli oldu

 

Avropa Oyunlarında basketbolun 3x3 növü üzrə mübarizə aparacaq komandaların qrupları müəyyənləşib

 

"Xeberinfo.com":   Bakıda keçiriləcək mötəbər turnirdə Azərbaycan yığmaları da rəqiblərini tanıyıblar.
 
Elxan Əliyevin rəhbərlik etdiyi kişilərdən ibarət millimiz D qrupunda yer alıb. Komandamız ilkin mərhələdə Andorra, Çexiya, və İsveçrə ilə qüvvəsini sınayacaq.
 
Tatyana Slojenitsinanın çalışdırdığı qadınlardan ibarət yığmamız isə daha çətin rəqiblərlə üz-üzə gələcək. Basketbolçularımız dünyanın ən güclüsü Hollandiya ilə yanaşı, İsveçrə və Yunanıstanla D qrupuna düşüb.
 
Bakı-2015-in idman şöbəsinin direktoru Pirs O’Kallaqan bildirib ki, Oyunların proqramına daxil edilən yeni və innovativ idman növlərindən biri olan basketbolun 3x3 növünə olduqca böyük maraq göstəriləcək: “İlk Avropa Oyunlarının çempionunu müəyyənləşdirəcək yarışların gərgin mübarizə şəraitində keçəcəyinə şübhə yoxdu. Mötəbər Oyunları gerçəkləşdirmək üçün hər şey hazırdı və bu yay Bakıda ən yaxşı komandaların mübarizə aparacağını bilmək bizi sevindirir”.  
 
Kişilər
A qrupu: Sloveniya, Rumıniya, Litva, İsrail
B qrupu: Rusiya, İspaniya, Türkiyə, Belçika
C qrupu: Estoniya, Serbiya, İtaliya, Yunanıstan
D qrupu: Andorra, Çexiya, AZƏRBAYCAN, İsveçrə
 
Qadınlar
A qrupu: Hollandiya, AZƏRBAYCAN, İsveçrə, Yunanıstan
B qrupu: Çexiya, Belçika, Türkiyə, Ukrayna
C qrupu: İspaniya, Sloveniya, İrlandiya, Slovakiya
D qrupu: Rumıniya, Rusiya, İsrail, Litva
 
Qeyd edək ki, Oyunlarda basketbol yarışları iyunun 23-26-da 2000 tamaşaçı tutumuna malik, müvəqqəti yaradılan Basketbol Arenasında olacaq.(apasport.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam