Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda evdən icazəsiz çıxan koronavirus xəstəsinə cinayət işi başlanıldı - RƏSMİ


Koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması və digər neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdirilir. 

Yenixeber.org: Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, iyulun 20-də saat 10 radələrində koronavirus infeksiyasına yoluxmuş Göyçay rayonunun İnçə kənd sakini 1974-cü il təvəllüdlü Vüqar Mehdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı evi icazəsiz və tibbi maskadan istifadə etmədən tərk edərək infeksiyanın digər vətəndaşlara yoluxması təhlükəsi yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün rayon polis şöbəsinin İstintaq Bölməsinə göndərilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam