Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ukrayna ilə müharibə olmayacaq”

 

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ilə müharibənin olacağını gözləmək lazım deyil.
“Mən hesab etmirəm ki, belə qiyamət ssenarisi baş verəcək. Ümid edirəm ki, məsələ bu həddə qədər gəlib çatmayacaq” 

"Xeberinfo.com":  Məlumata görə, bunu, V.Putin Rusiyanın dövlət televiziyasına müsahibəsində bildirib. Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımı qaytarmaq planlarından da söz açıb. Rusiya prezidenti bunu qisasçılıq adlandırıb.
“Hansısa ərazilərin qaytarılmasına gəlincə isə bunlar qisasçılıq xarakteri daşıyan açıqlamalardır. Özü də məsələ hansısa ərazilərin harasa, kiməsə qaytarılmasında deyil” – deyə Putin əlavə edib.
Putin rəsmi Kiyevi belə fikirlərə düşməkdənsə “Ukraynanı normal həyata necə qaytarmaq, ölkənin cənub-şərqli ilə paytaxt və mərkəzi hakimiyyət arasındakı münasibətləri necə yoluna qoymaq, Donbasda yaşayan insanların hüquq və maraqlarını necə təmin etmək barədə düşünməyə” çağırıb.
Rusiya prezidenti Ukraynanın güc strukturlarını da kəskin tənqid edərək onları münaqişəni qızışdırmaqda və böyütməkdə suçlayıb: “Onlar bununla həm öz məğlubiyyətlərinə haqq qazandırmağa, həm də bütün olub-bitənlərə görə günahı Rusiyanın üstünə atmağa cəhd edirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam