Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəlbəcərli girovların azad edilməsi üçün şans

 

Üzeyir Cəfərov: “Dilqəm Əsgərovu may ayınadək Rusiyanın təkidi ilə azad edəcəklər, ümid edirəm ki, Şahbaz da Baqdasaryanın geri verilməsi qarşılığında azad olunacaq…”
"Xeberinfo.com":  Məlumata görə,  Azərbaycan Hərbi Prokurorluğu erməni diversant Arsen Baqdasaryanın cinayət işi barədə məlumat yayıb. Məlumatda deyilir ki, ötən ilin sonlarında Azərbaycan əsgərləri tərəfindən yaxalanan erməni kəşfiyyat-təxribat qrupunun üzvü barədə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan hərbi qulluqçuları tərəfindən yaxalanıb. Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7., 29,120.2.12. və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Ermənistanda xüsusi təlim keçən A. E. Baqdasaryan Ermənistan Respublikası tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasının işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən silahlı cinayətkar birliyin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün 1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərib.
O, birliyin rəhbəri-hərbi hissə komandirindən (adı istintaqa bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstəriş alıb. Bu məqsədlə A. E. Baqdasaryan cinayətkar birliyin digər üzvləri (onların ad-familiyası istintaqa bəllidir) ilə birlikdə 26 dekabr 2014-cü il tarixdə saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçib, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında basdırdıqdan sonra geri qayıtmaq istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində tutulub və onun tərəfindən basdırılmış minalar zərərsizləşdirilib.
İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A.E.Baqdasaryanın üzərindən götürülmüş bıçağa və digər əşyalara, eləcə də onun torpağa basdırdığı minalardan birinə, həmçinin digər iki ədəd minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin olunub və şahidlər dindirilib.
teleqraf.com14226246331398371264_herbi-prokurorluq-cenubnewsTörətdiyi cinayətlərə görə A. E. Baqdasaryana Azərbaycan Respublikası CM-nin 218.2., (Cinayətkar birlik – təşkilatda iştirak etmə) 29,120.2.1., (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə) 29,120.2.7. (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) 29,120.2.12., (milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə) və 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin, dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan olunub və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək.

Üzeyir Cəfərov

Üzeyir Cəfərov


Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Ermənistan tərəfi yaranmış vəziyyətin fərqinə varsa, Arsen Baqdasaryanla bağlı məhkəmə hökm çıxardıqdan dərhal sonra onun kəlbəcərli girovlarla dəyişdirilməsi üçün addım atmalıdır:“Əslində indiyə qədər Azərbaycan dövləti erməni əsirlər məsələsində güzəştlər edib. Ermənistan tərəfindən Azərbaycana əsir düşən, hətta xüsusi tapşırıqlar yerinə yetirməyə cəhd zamanı əsir götürülən bir sıra hərbi qulluqçuları da Azərbaycan humanistlik nümayiş etdirərək Ermənistan tərəfə qaytarırdı. Amma Ermənistan heç vaxt belə humanistlik göstərməyib. Öz kəndlərinə doğmalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevə heç bir beynəlxalq qanuna məhəl qoymadan cəza verilməsi bir daha göstərdi ki, Ermənistan humanizmi başa düşən deyil. Dilqəmlə Şahbazı ermənilər azad etsəydi, bəlkə də Azərbaycan yenə də humanistlik edib Baqdasaryanla bağlı humanist addım atardı. Amma ermənilərin Dilqəm və Şahbazla bağlı atdığı addım Azərbaycanı da bir dövlət olaraq məcbur elədi ki, adekvat tədbirlərə keçsin. İndi o cavab tədbirləri həyata keçirilir. Odur ki, artıq Ermənistan tərəfi fikirləşməlidir. Biz separatçılarla heç bir sövdələşməyə gedə bilmərik və getməyəcəyik. Ermənistan addım atmalıdır. Düşünürəm ki, Azərbaycanın Hərbi Prokurorluğunun Baqdasaryana qarşı qaldırdığı cinayət işi öz məntiqi nəticəsinə yaxın iki aya çatacaq, məhkəmə hökm çıxaracaq, erməni diversant öz cəzasını alacaq. Ermənistan tərəfi nə vaxt ağıllanacaq, nə vaxt öz vassalları olan separatçılara məsləhət görəcək ki, Dilqəmlə Şahbazı azad eləsinlər, o zaman Azərbaycan da buna uyğun addım atacaq”.
Hərbi ekspert düşünür ki, Dilqəm Əsgərovu may ayına qədər Rusiya vətəndaşı olaraq Rusiyanın təkidi ilə azad edəcəklər: “Qalır Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə bağlı məsələ. Ümid edirəm ki, Şahbazı da Baqdasaryanın geri verilməsi qarşılığında azad etmək mümkün olacaq”. /musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam