Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ermənilərdən əsir götürülən kəşfiyyatçı ilə bağlı açıqlama

 

Düşmən tərəf əsir götürülən kəşfiyyatçı haqda xəbər yayıb

"Xeberinfo.com":   Məlumata görə, Dağlıq Qarabağ rejimi Arsen Eduardoviç Baqdasaryan adlı hərbçinin həqiqətən də müqavilə əsasında hərbi hissələrdən birində xidmət etdiyini təsdiqləyib.

Ancaq qarşı tərəf guya muzdlunun nizam-intizam qaydalarını pozduğu üçün vəzifəsindən müvəqqəti olaraq azad edildiyini deyib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı məlumatda düşmənin kəşfiyyat-təxribat qrupunun üzvünün ələ keçirildiyini bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam