Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Nüşabə Ələsgərlidən fahişəliyə görə tutulan prodüsserə dəstək

 

“Vəfanı ləkələməyin, o, namuslu xanımdı”

 

 
"Xeberinfo.com":  Məlumata görə, Prodüser Vəfa Vaqifqızının həbsi qalmaqala səbəb olub. Onunla birgə işləyən müğənnilərin əksəriyyəti prodüsser barəsində danışmaqdan çəkiniblər. 
Bir müddət onunla birgə çalışan, Türkiyəyə alver məqsədilə ilə birlikdə səfərlər edildiyi deyilən müğənni Kərim Abbasov da danışmaqdan imtina edib. 
Bu barədə onun köməkçisi Məmməd (özünü belə təqdim etdi) musavat.com-un əməkdaşına bunları söyləyib: “Birlikdə Türkiyəyə alverə getməkləri doğrudur, lakin bu, keçmişdə olub. Sonralar Kərim Abbasovla Vəfa Vaqifqızı arasında münasibət “salam-sağ ol”dan o yana keçməyib. Bu səbəbdən müğənni onun barəsində heç nə danışmaq istəmir”.
Müğənni Nazənin prodüsser haqqında eşitdiklərinə inanmadığını deyib: “Onun belə bir hərəkət edəcəyini ağılıma belə gətirməmişəm. Ümumiyyətlə isə onunla az müddətdə, yəni iki ay birlikdə işləmişik. Buna görə onun xarakteri barəsində heç nə deyə bilmərəm. Vəfa xanımla daha çox Nüşabə Ələsgərli işləyib”.
Əməkdar artist Nüşabə Ələsgərli isə jurnalistləri Vəfa Vaqifqızını “ləkələmək”də günahlandırıb: “Jurnalistlərə səslənib deyirəm ki, bu haqda yazmasınlar. İstintaq gedən bir məsələni yazmaq olmaz, gözləyin haqqında olan ittiham dəqiqləşsin, sonra yazarsınız. Bu cür yazmaq insanı ləkələmək deməkdir”. 
Əməkdar artist iki il birgə işlədiyi prodüserin tərəfini saxlayıb. Onun xarakteri haqqında danışarkən “Vəfa namuslu, qeyrətli, ağıllı-kamallı xanımdır” söyləyib: “Vaxtilə Space telekanalında yayımlanan bir verilişdə mənim prodüserim olub. Biz uzun müddət bir yerdə işləmişik. Çox da yaxşı xanımdır, ondan belə şeylər gözləmirəm”. 
Daha sonra müğənni dediklərinin əksinə olan fikir səsləndirib: “Onunla 10 il bundan əvvəl işləmişik. İndi nə bilim, nə işlə məşğuldur?!”
Xatırladaq ki, prodüser Vəfa Vaqifqızı qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, prodüsser xanım barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Vəfa Vaqifqızı bir neçə məşhur müğənninin, həmçinin Lider, Space telekanallarında yayımlanan maqazin verilişlərinin prodüseri olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam