Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Lamiyə Quliyevadan şok açıqlama

 

Aslan Aslanovun oğlunu öldürən qadın 2009-cu ildə “rəis olmasa, bəzi işçilər dustaqların gözünü çıxarar” deyibmiş; onun Kürdəxanı təcridxanasında bir neçə nəzarətçi ilə görüşdüyü də bildirilir... 

"Xeberinfo.com":  Məlumata görə, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın həbsdə necə uşaq doğmasını Penitensiar Xidmət əsaslandıra bilmir. Baş prokurorun keçmiş müavini Mətləb Mütəllimli isə L.Quliyevanın olduğu 4 saylı cəzaçəkmə müəssisənin eks-rəisi Müzəffər Məmmədovu ittiham edib. M.Məmmədov isə “Yeni Müsavat”a müsahibəsində ittihamları rədd edib. 

***
Amma yanvarın 23-də “Qafqazinfo” yazıb ki, Lamiyə keçmiş rəislə intim münasibət şansı olan üç-dörd qadın dustaqdan biri olub. Saytın iddiasına görə, həmin dövrdə Lamiyə heç kimi saymayıb, kefi istəyəni edib, hətta sələmçiliklə məşğul olub. 
Lamiyənin qazancından evə pul göndərdiyi də söylənir. Lakin M.Məmmədov rəis postundan gedəndən sonra Lamiyənin həbsdə mövqeləri zəifləyib. Nəzarətçilərə qəzəbli olduğuna görə yeməkxanada çayniki onlardan birinin başına çırpıb. Nəzarətçinin şikayəti əsasında L.Quliyevaya 2013-cü ildə yeni cinayət işi açılıb. Sadəcə, məsələni bu şəkildə təqdim etmək istəməyiblər və Lamiyənin dustaq yoldaşı ilə dalaşdığı bildirilib.
Yazıda qeyd olunur ki, ötən qış Lamiyə istintaqla əlaqədar Bakı İstintaq Təcridxanasına aparılıb. Onun təcridxanada kişi nəzarətçilərdən bir neçəsi ilə münasibəti olduğu iddia edilir: “Güman ki, təcridxananın rəhbərliyinin də bundan xəbəri olub. Lamiyənin hamiləliyi abortdan qorumaq üçün dörd ayınadək gizlədilir. Lamiyə özü də uşağın atasının kimliyini dəqiq bilmir”. 
***
Axar.az arxiv materiallarını araşdırarkən mühüm bir detal əldə edib. Məlum olub ki, 2009-cu ildə “Bizim Yol” qəzeti 4 saylı həbsxanadan reportaj hazırlayıb.  
L.Quliyeva jurnalistlə söhbətində şəraitdən razılıq edib: “Ancaq bəzi işçilər dustaqların canını boğazına yığır, onları incidirlər. Rəis olmasa, dustaqlar burda ölər. Onun hünərinə burda nəfəs alırıq. Mən nəzarətçiləri nəzərdə tutmuram. Burda bir «oper» Həqiqət var, dustaqları sakit nəfəs almağa qoymur. Siz mənə inanırsızsa, onda mənim sözümü eləcə də qəzetə yazın. Bura elə bir yerdir ki, biri sözünü deyən kim o dəqiqə böyürdən-başdan şilləvuranlar çıxır. Xahiş edirəm, beləcə yazın. Hamı da bilir ki, mən yalan danışan deyiləm”. 
L.Quliyeva bildirib ki, əsəbləri pozulsa da, sözün düzünü deyəndir: “Rəis olmasa, bəzi işçilər dustaqların gözünü çıxarar. Burda bir neçə dustaq dəfələrlə özünə xəsarət yetirmək istəyib. Onlardan da biri mənəm. Özümü atıb öldürmüşdüm az qala. Burda elə dustaqlar var ki, ”paqon"u müdafiə etmək üçün “işverənlik” edirlər".
***
L.Quliyevanın həbsdə doğması faktını ilk olaraq axar.az-a danışan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudova isə təzyiqlər başlanıb. Hadisəni ictimailəşdirdikdən sonra komitənin keçmiş üzvünün Behbudov əleyhinə həbsdən məktubu mətbuata ötürülüb. 
 
Komitə sədri “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ictimai nüfuzuna xələl gətirmək istəyənlər arzusuna nail olmayacaq. Onun sözlərinə görə, bu məsələni ictimailəşdirməklə L.Quliyevanın könüllü, yoxsa təcavüz nəticəsində uşaq doğmasını aydınlaşdırmaq istəyib: 
“Baş prokuror Zakir Qaralova da etdiyim müraciətin mahiyyəti bundan ibarətdir. Nə 4 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi olmuş Müzəffər Məmmədovu ittiham etmişəm, nə adını hallandırmışam. 
Kimlərsə nüfuzuma xələl gətirmək istəyirsə, alınmayacaq. Mən nə etmişəm ki? Hər bir qadın ana ola bilər. Bu, Lamiyənin hüququdur. Sadəcə ehtimal edirik ki, Lamiyə təcavüzə məruz qalıb. Qaranlıq da budur ki, qapalı yerdə saxlanan dustaq hamilə olub, bu məsələ araşdırılsın". 
E.Behbudov hesab edir ki, 14 saylı cəzaçəkmə müəssisəsində olan məhkum Süleyman Süleymanovun müraciəti ona təzyiq vasitəsidir: “Lamiyənin uşaq doğması haqda açıqlama verməsinə icazə yoxdur, amma dərhal Süleymanın məktubu yayılır. 
Süleyman 2013-cü ilin sentyabrında İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi nöqsanlara görə komitədən kənarlaşdırılıb. 
Yəni həbsindən əvvəl xaric edilib, vəsiqəsi də alınıb. O, 2014-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə dələduzluğa görə 3 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Anası yanıma gəlib kömək istədi. 
Mən də Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralova müraciət etdim. Hakim mənə dedi ki, Süleymanın əvvəllər də məhkumluğu olub, köməklik mümkün deyil. Penitensiar Xidmət mənə həbsxanalarda görüş keçirməyə şərait yaratmır. Lamiyə ilə görüşə də imkan yaradılacağına inanmıram".    
***
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu facebook səhifəsində maraqlı faktlar açıqlayıb. Politoloq deyib ki, A.Aslanov Lamiyənin nişanlısı Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evini buldozerlərin qabağına verərək dağıdıb: “Şəmkirdə sakinlərə oğlu Ruslanın sürdüyü qara rəngdə VAZ-2107 markalı maşını olmaq faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı. İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsidir”.
Hüquqşünas Müzəffər Baxışov bu faktın ictimailəşdirilməsini şəxsi həyata müdaxilə hesab etmir. Onun sözlərinə görə, hadisə qapalı yerdə baş verib və nəzarətçilər qadınlardır: “Yalnız rəis və müavini kişi olub. Bu halda ictimai əhəmiyyət kəsb etdiyi üçün şəxsi həyata müdaxilə yoxdur. İctimaiyyət hadisənin necə və hansı səbəbdən baş verməsini bilmək istəyir. Əgər obyektiv araşdırma aparılsa və Lamiyəyə təcavüz olunduğu üzə çıxsa, yenə də şəxsi həyata müdaxilə arxa plana keçir. İctimai ittiham qaydasında təqib önə çıxır”. 
Qeyd edək ki, L.Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin sabiq başçısının oğlunu öldürüb. Həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb. Lamiyənin nişanlısı Vüqar isə Qobustan həbsxanasında başqa qadınla evlənib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam