Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dərbənddə azərbaycanlıların daha bir ziyarətgahı dağıdıldı

 

Dərbənddəki Şıxsalah qəbiristanlığında azərbaycanlıların daha bir müqəddəs ziyarətgahı təhqirə məruz qalıb.

 

"Xeberinfo.com":  Məlumata görə, hadisə yanvarın 11-də gecə saatlarında baş verib. Seyid Mirqafar ağanın həmin məzarlıqdakı türbəsi dağıdılıb.

 

Bu, son günlər ərzində baş verən ikinci belə vandalizm aktıdır. Dərbənd azərbaycanlıları Seyid Mirqafar ağanın türbəsin müqəddəs ziyarətgah sayır və onu əziz tuturlar. Həmin abidə bundan əvvəl yanvarın 6-da da naməlum şəxslər tərəfindən dağıdılmışdı. Dərbənd azərbaycanlları bu vəhşilikdən xəbər tutan kimi dərhal etiraz aksiyalarına başlamışdılar. Bundan sonra Dağıstanın hakimiyyət orqanları bu məsələ ətrafında ciddi araşdırmalara başlamışdılar. Bu gün isə həmin türbənin bərpa olunduğuna dair xəbər yayılmışdı.

 

Dərbənd azərbaycanlıları hesab edirlər ki, bu vəhşiliyin arxasında yerli sakinlərin Dərbənd meri İmam Yarəliyevin siyasətindən narazılığını millətlərarası münaqişəyə çevirmək istəyən naməlum və məkrli qüvvələr dayanır.

 

Nə şəhər rəhbərliyindən, nə də yerli hüquq-mühafizə orqanlarından bu vəhşiliyə hələlik heç bir münaqsibət bildirilməyib. Bu da gərginliyi artırır.

 

Yada salaq ki, yanvarın 10-da Dərbəndin yüzlərlə azərbaycanlı sakini şəhər merinin istefası tələbi ilə küçələrə çıxıb etiraz aksiyası keçirmişdilər(virtualaz.org). 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam