Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AMEA prezidentinin adına yeni gül ixtira edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və ölkənin tanınmış daha 3 akademikinin adına yeni qızılgül sortları ixtira edilib.

"Xeberinfo.com":  Məlumata görə, AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru, ölkədə qızılgüllərin seleksiyası və intraduksiyası (iqlimə uyğunlaşdırılması) ilə məşğul olan yeganə alim Asəf İsgəndərov "Trend"-ə bildirib ki, bu yaxınlarda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün əvvəlki güllərdən tamamilə fərqlənən 12 yeni sortunu yaratmağa nail olub. Yeni güllər “Akademik Akif Əlizadə”, “Akademik Cəlal Əliyev”, “Akademik Əhliman Əmiraslanov”, “Akademik Tofiq Hacıyev”, “Aysel”, “Emin”, “28 May”, “Xumar xanım”, “Leyla”, “Nigar”, ”Abşeron kapriççiosu” və “Qədim Gəncə” adlanır.

A.İsgəndərov deyib ki, akademiklərin adına verilmiş 4 yeni qızılgül sortu onlara AMEA Rəyasət Heyətinin yanvarın 21-də keçiriləcək iclasında təqdim ediləcək.

Qızılgüllərin yeni sortlarının ən azı 5-6 ilə əmələ gəldiyini deyən alim qeyd edib ki, bir müddət əvvəl qızılgülün 9 yeni sortunu əldə etmişdi. Yaxın zamanlarda həmin sortlar da daxil olmaqla, ümumilikdə 21 yeni qızılgül sortu üçün müəlliflik şəhadətnaməsi almaqdan ötrü Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına müraciət edəcək.

A.İsgəndərovun sözlərinə görə, yeni sortlar AMEA-nın 70 illiyi ilə bağlı qızılgüllərlə əlaqədar yeni hazırlanan kataloqa da daxil edilib. Kataloqa kompleks bioloji və təsərrüfat ədəmiyyətli göstəricilərinə görə fərqlənən 167 sayda qızılgül növ və sortu daxil edilib.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam