Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda brilliantı - 163 min manata satmaq istəyən dəstə üzvləri tutulub

 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində brilliant daş-qaşı satan dələduz dəstə üzvlərinin ifşa olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı, rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşları satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıblar.

Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.

İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam