Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səhiyyədə ASAN xidmət

 

Bu gün Səhiyyə Nazirliyi nəzdində yaraılmış "Elektron səhiyyə" Mərkəzinin açılış mərasimi keçirilib

 

"Xeberinfo.com":  Virtualaz.org saytının tədbirə qatılan əməkdaşı xəbər verir ki, açılışda səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və nazir müavinləri iştirak ediblər.
Açılışdan sonra jurnalistlər yeni yaradılan mərkəzlə tanış olublar. Mərkəzin məsul şəxsi Ləman Mursaqulova virtualaz.org saytına bildirib ki, “Elektron səhiyyə” Mərkəzi vaxt itkisinə yol vermədən çevik və sosioloji xidmətlər göstərəcək: “Mərkəzin üstünlüyü odur ki, vətəndaş məmurlarla deyil, xüsusi təlim keçmiş mütəxəssislərlə ünsiyyətdə olacaqlar. Mərkəzə istənilən vətəndaş müraciət edə biləcək. Mərkəzə daxil olan vətəndaşları isə əvvəlcə koordinator qarşılayacaq. Bundan sonra müraciətin növünə baxılacaq və həmin şəxs aidiyyəti üzrə operatora yönləndiriləcək.
Mərkəzdə müxtəlif növ üzrə 15 xidmət göstəriləcək. Həmin xidmətlərə tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin, “Əmək veteranı” adının verilməsi və digər məsələlər daxildir”.
L.Mursaqulova onu da qeyd edib ki, mərkəz həftənin 6 günü fəaliyyətdə olacaq: “Mərkəz “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılıb. Mərkəzdə “bir pəncərə” prinsipi tətbiq ediləcək. Başqa sözlə, yeni mərkəz səhiyyənin ASAN xidməti olacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam