Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq deputatın oğlu - dələduzluğa görə həbs edilib

Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edilib.

Yenixeber.org:   Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Elvin Məmmədov həbs edilənə qədər "Happy Baku" MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var. Məmmədov hər iki şəxsdən birgə biznes qurmaq adı ilə pul alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 95 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib. (Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam