Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Məntəqə saxtakarlığı təkziblədi, MSK isə araşdırır

 

“Sözügedən  məntəqədə seçkilərin saxtalaşdırılmasına dair yayılan görüntüləri mediadan izlədik”.

 

"Xeberinfo.com": Bu sözləri Axar.az-a açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli mediada bu gün 15 saylı seçki dairəsinin 12 saylı seçki məntəqəsində qanun pozuntusunun qeydə alındığı video görüntülərə aydınlıq gətirərkən deyib.

 

Şahin Əsədli qeydə alınan faktla bağlı dərhal araşdırma aparılacağını bildirib:

 

“Bununla bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı bir məlumat daxil olmayıb. Qeyd olunan faktla bağlı mediada yayımlanan video görüntüləri izlədik. Bildiyiniz kimi, bələdiyyə seçkiləri bülletenləri böyük ölçüdədir. Buna görə də sözügedən seçki məntəqəsində baş verən olayla əlaqədar olaraq həqiqətən də bülletenin bir və daha artıq olması və qatlanmış vəziyyətdə olması ilə bağlı araşdırma aparılacaq. Lazım gələrsə, müvafiq addımlar atılacaq”.

 

MSK-nın Hüquq şöbəsinin müdiri İradə Hacıyeva da quruma faktla bağlı hər hansı rəsmi məlumatın daxil olmadığını deyib:

 

“Yayılan bu video görüntüləri biz də mediadan izlədik. Məsələ ilə bağlı araşdırma aparılacaq. Əgər görüntülərdəki fakt öz təsdiqini taparsa, onda lazımı tədbirlər görüləcək”.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da jurnalistlərə görüntüləri izlədiyini bildirib: “Görüntülərə baxmışam. Oradan qutuya neçə seçki bülleteni atıldığını aydın görmək olmur. Araşdıracağıq, qayda pozuntusu olub-olmaması barədə ictimaiyyətə məlumat verəcəyik. Qanun pozuntusu aşkarlanarsa, bunu edənlər cəzalanacaq”.

 

15 saylı Yasamal Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsindən isə ümumiyyətlə belə bir faktın baş verdiyini təkzib etdilər.

 

Xatırladaq ki, bu gün Meydan TV-də 15 saylı Yasamal Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində bir seçicinin bir neçə bülleteni seçki qutusuna atmasının görüntüləri yayılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam