Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Saxta pul hazırlayan ermənilər ifşa olundu -VİDEO

 

Saxta pul hazırlayan ermənilər ifşa olundu - VİDEO
Ermənistanda saxta banknotların hazırlanması və dövriyyəyə buraxılması ilə məşğul olan cinayətkar qrup aşkarlanıb.

Yenixeber.org: Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 850 min dollar məbləğində saxta valyuta aşkarlanıb.
Qeyd olunub ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları 25 min saxta dolların sifarişini təşkil ediblər və bundan sonra dərhal 13 mənzil və maşınlarda eyni vaxtda axtarış həyata keçiriblər. Nəticədə, çap edilmək üzrə olan təqribən 835 min dollar məbləğində saxta banknotlar, həmçinin, onların çapı üçün lazım olan kompüter avadanlıqları və digər atributlar aşkar olunub.

Bundan əlavə, əməliyyat nəticəsində 1,5 kiloqram marixuana da götürülüb.

Hazırda faktla bağlı cinayət işi başlanıb, saxta valyuta hazırlanması ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanın digər üzvlərinin müəyyənləşdirilməsi üzrə istintaq davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam