Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

32 min saxta dollar satan tutuldu

 

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta Amerika dollarının dövriyyəyə daxil edilməsinin qarşısını alıb. 

 

"Xeberinfo.com":  DİN-dən əldə etdiyimiz məlumata görə, Kürdəmir rayonunda anadan olan Elşən Osmanovun saxta dollar əldə etməsi və satmaq istəməsi barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Elşən Osmanov dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o Nərimanov rayonu ərazisində saxlanılıb. 36 yaşlı Elşən Osmanov 320 ədəd saxta 100 dollarlıq əsginasları 12 min həqiqi Amerika dollarına satmaq istəyərkən cinayət başındaca tutulub. Ondan 32000 saxta Amerika dolları maddi sübut kimi götürülüb. 

Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta dollarları ölkəmizdən kənarda hazırlatdırıb və dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi dollardan bir o qədər seçilmədiyi müəyyən olunub. 

Faktla bağlı DİN BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq saxta pulların mənbəyini araşdırır. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, alış veriş edərkən diqqətli olsunlar və şübhəli pul nümunələri ilə rastlaşdıqda dərhal yaxınlıqdakı polis orqanlarına bu barədə məlumat versinlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam