Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QORXUNC STATİSTİKA: bu il Bakıda 147 nəfər yol qəzalarının qurbanı olub

QORXUNC STATİSTİKA: bu il Bakıda 147 nəfər yol qəzalarının qurbanı olub

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində baş vermiş 430 yol-nəqliyyat hadisəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yenixeber.org: Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, bu barədə bu gün İdarədə cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı şəhər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənovun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.

Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam