Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Altı aya sürücülərə 40 milyon manat cərimə tətbiq edilib

cerime-piyada

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayında azalma müşahidə olunub.

Xeberinfo.com:   Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4%, zərərçəkənlərin sayı isə 16,4% azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, nəticədə 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1%, yaralananların sayı isə 13,6% azalıb. Bütün yol-nəqliyyat hadisələrinin 42,9%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7%-i bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Eyni zamanda, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9%, 26% və 14,2% azalıb. Yol-nəqliyyat hadisələrinin 43,6%-i gündüz, 37,4%-i gecə, 19%-i isə toran vaxtı baş verib. Hadisələrin 29%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib. Belə hadisələrin 87%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bu ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6% çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 11,7%-i dayanma və ya durma qaydalarının pozulması, 5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3%-i yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam