Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

AXCP funksionerinin oğlu həbs olunub

 

327241712

Hakimiyyət AXCP-yə qarşı daha bir repressiya aktı həyata keçirib. Bu dəfə partiyanın Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli hədəf seçilib.

  "Xeberinfo.com": Noyabrın 17-i saat 19 radələrində AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli yaşadığı evin qarşısında həbs olunub. Onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıb və narkotik satdığı üçün saxlandığını deyiblər. Bu barədə “Azadliq.info” məlumat yayıb.

Noyabrın 18-də isə Nərimanov rayon məhkəməsində Sənan Dəmirliyə qarşı məhkəmə prosesi keçrilib və barəsində deyilən ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilməsinə qərar verilib.

Rafiq Daşdəmirli oğlunun həbsini özünün siyasi fəaliyyətinə görə ondan qisas almaq kimi qiymətləndirir. Onun fikrincə, bunun Milli Şuranın mitinqlərindən sonra baş verməsi də təsadüfi deyil. Sənan Daşdəmirli siyasətdən kənar şəxsdir və narkotiklə hər hansı bağlılığı ola bilməz. O, inanclıdır, uzun müddətdir namaz qılır və nümunəvi həyat tərzi ilə seçilir:

“Oğlumun həbsi siyasi fəallığıma görə mənə və ailəmə qarşı təzyiqdir. Bununla məni mübarizəmdən çəknidirmək istəyirlər. Bundan əvvəl də xəbərdarlıq xarakterli təxribatlarla üzləşmişdim. Oğlumun həbsindən bir az əvvəl facebook profilimi ələ keçirib, adımdan dostlarıma yalan məlumatlar göndərilmişdi. Bundan başqa da xəbərdarlıq kimi qiymətləndirə biləcəyim müəyyən təxribatlarla üzləşmişdim. Yəqin bütün bu təxribatlardan sonra da fəaliyyətimdən geri çəkilmədiyimi görüb, oğlumu həbs etməklə məni cəzalandırmağa qərar veriblər.

Mən oğluma inanıram. O, nəinki narkotik, heç ən yumşaq pis əməllə də məşğul ola bilməz. Ataya görə oğulu incitmək heç bir mənəvi-əxlaqi ölçüyə sığmır.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam