Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Metropolitendə mülki müdafiə təlimi keçirilib - Fotolar

 

Metropolitendə mülki müdafiə təlimi keçirilib - Fotolar
Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün istehsalat sahələrində taktiki-təlim məşğələləri planlı şəkildə və mütəmadi keçirilir.
Yenixeber.org: Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında deyib ki, tədbirlər planına uyğun olaraq, növbəti belə tədbir səhmdar cəmiyyətin idarə aparatının da yerləşdiiyi texnoloji korpusunda baş tutub.



O, qeyd edib ki, “Diqqət hamıya” komandası ilə rabitəçilərdən, tibb məntəqəsi, lift sahəsi, mühafizə xidmətinin işçilərindən, elektriklərdən, santexniklərdən ibarət qruplar yaradılan qərargahdan idarə olunmaqla öz sahələrinə aid qurğu və avadanlıqları yoxladıqdan sonra, binada çalışan işçilərin təxliyə prosesinə qoşulublar.



"Bütün proseslər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla və qısa müddətdə başa çatdırılıb. Bakı Metropoliteni" QSC-nin mülki müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə manqalarının fəaliyyətini yüksək qiymətləndirib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam