Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Akademikin xanımından növbəti şok müraciət

 

       "Xeberinfo.com": Mərhum akademik Tofiq İsmayılovun xanımı Lalə İsmayılova növbəti dəfə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovla bağlı müraciət yayıb. Qeyd edək Lalə İsmayılova əvvəlki müraciətlərində Akim Bədəlovun onlara məxsus mülki ələ keçirdiyindən yazırdı. Lalə İsmayılova yeni müraciətində Akim Bədəlova bu işdə kömək edənlərin adlarını açıqlayıb. Müraciəti təqdim edirik:

"Hörmətli redaksiya! Sizlərə müraciət edərək mətnin tam şəkildə və ardıcıllğı olduğu kimi verilməsini artıq dərəcədə xahiş edirəm.      

     İlk olaraq onu bildirirəm ki  07.11.2014-cü il tarixdə heç bir saat belə davam etməyən Apellyasiya Məhkəməsi sifarişli şəkildə ailəmizə qarşı qərar qəbul etdi.  Ailəmiz bir daha məhkəmədə ədalətin bərqərar olunmasına nail ola bilmədi. Əslində biz başqa bir qərar heç gözləmirdik də. Məhkəməyə təqdim etdiyimiz sənədlər Ali Məhkəmənin sədri Ramiz Rzayevin qudası Akim Bədəlovun və onun qohumlarının cinayətini tam çılpaqlıqla ortaya qoyur, bunu isə R.Rzayev heç cür həzm edə bilmir.Əvvəlki müraciətlərimdə ailəmizə qarşı törədilən cinayətin mərhələli şəkildə nə cür həyata keçdiyini tam açıqlamışam. Qısaca olaraq cinayətin mahiyyəti aşağıdakı kimidir.

     Mərhum yoldaşım faciəvi şəkildə həlak olmasından və ailəmizin etibarından istifadə edilərək "Xəzər"in ilkin təsisçilik sənədi olan 8 saylı protokol aradan götürülür(o cümlədən bütün dövlət arxivlərindən) Sonra isə saxta sənədlər əsasında "Xəzər"in təsisçiliyi A.Bədəlov və onun qohumlarına keçir.Beynəlxalq praktikada bu cinayətin konkret adı var "reyder zəbti". Belə çıxır ki mərhum yoldaşım,böyük vətənpərvər və görkəmli azərbaycanlı alim,həyatını respublikamızın ərazi bütövlüyü naminə qurban verir. Digərləri isə - onlara heç azərbaycanlı deməyə dilim belə dönmür - ailənin böyük faciəsindən bəhrələnərək şəhid olmuş insanın ailəsinə miras qoyduğunu cinayət yolu ilə mənimsəyirlər. Oğurladıqları hesabına varlanırlar, bir müddət sonra yüksək dövlət postlarına yiyələnərək əldə etdikləri maliyyə və administrativ resursları şəhid olmuş insanın ailəsinə qarşı yönəldirlər. Lakin ailəmiz cinayətkarların ifşa edilməsi və öz hüquqlarımızın bərpa edilməsi naminə sonadək mübarizə aparacaq.

      Ailəmizə qarşı törədilən cinayətin iştirakçısı, 1995-ci ildə "Xəzər"ə dair saxta təsis müqaviləsində adı keçən Akim Bədəlovun qohumu Mövsümov Şahin Arif oğlu barədə məlumat vermək istəyirəm. Şahin Mövsümov Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşıdır. Hazırda o "AS İnvestment Group" şirkətinin və respublika Oxatma Federasiyasının prezidentidir. 2009-cu ildə saxta pay alqı-satqı əməliyyatı nəticəsində "Xəzər"dəki oğurluq paylarını Akim Bədəlovun həyat yoldaşı Akifə Mövsümovaya satıb. Ailəmizdən oğurladıqları hesabına bir xeyli sərvətlərə yiyələnən Mövsümov qardaşları, sonradan böyük tikinti işlərinə başlayıblar və artıq gördükləri işlərin sədası Rusiyadan, Qazaxstandan, Gürcüstandan və digər ölkələrdən gəlir. Hətta ölkə büdcəsi hesabına inşa edilən Dövlət Neft Fondunun yeni binasını da Mövsümovların ailə biznesi olan "AS İnvestment Group" şirkəti həyata keçirir. Yəqin hüquqi savadsızlığından Şahmar Mövsümov bunun korrupsiya halı olduğunu bilmir. Lakin bu qanun pozuntularının qarşısını almaq bilavasitə Baş Prokurorluğun vəzifəsidir. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət Komissiyasının sədri olan Şahmar Mövsümovun cürəti çatsa idi ortalığa çıxıb 1995-ci ildə qardaşı Şahin Mövsümovun törətdiyi cinayətə şəffaflıq gətirərdi. Qanunlarımıza bu dərəcədə saymamazlıqla yanaşan bir insanın strateci ehtiyyatımız olan Dövlət Neft Fonduna rəhbərlik etməsini ölkəmizin təhlükəsizliyinə təhdid hesab edirəm.

      Klan şəklində təşkil olunan,özlərini dövlət içində bir dövlət hesab edən, Bədəlovlar, Rzayevlər, Mövsümovlar oxşayır öz cəzasızlıq və toxunulmazlıqlarına çox əmindirlər. Hələ 2009-cu ildə Sənayə və Energetika Nazirliyi tərkibində Alternativ və Bərpa Olunan Enerci Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunanda Akim Bədəlov ölkə başçımıza əmək fəaliyyəti barədə yalnış məlumat verib. Belə ki əmək kitabçasının itdiyini bildirərək o Prezident Administrasiyasına Azərbaycan Milli Aerokosmik Agentliyindən orada işlədiyi dövrə dair arayışı təqdim etmişdir. Bununla da o ölkə rəhbərliyindən uzun müddət Naxçıvan şəhərinin Mərkəzi Univermağında satıcı işləməsi faktını gizlətmişdir. Əslində insanın satıcı işləməsində heç bir qəbahət yoxdur, əsas insanın vicdanlı vətəndaş olmasıdır. Sadəcə həqiqəti gizlətmək üçün 1991-ci ilin "Xəzər"in həqiqi təsisçilərinin 8 saylı protokolunu aradan götürdüyü kimi Akim Bədəlov əmək kitabçasını da "itirib".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam