Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Binə”də iki sahibkar arasında qalmaqal

 

 

 

      “Xeberinfo.com”: Redaksiyamızın elektron ünvanına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 3 S ünvanda yaşayan İbişov Bəhruz Bəhlul oğlunun yüksək dövlət instansiyalarına yazdığı məktubun surəti daxil olub. Məktubda Bəhruz İbişov “Binə” Ticarət Mərkəzindəki obyektinin iki qardaş tərəfindən qanunsuz olaraq əlindən alınmasından bəhs edir. Oxucu kütləsi üçün də maraqlı olacağını nəzərə alıb müraciəti müəyyən ixtisarla təqdim edirik.

     “Mən 5 ilə yaxındır ki, “Binə” Ticarət Mərkəzində dükan və anbar yeri alaraq orada ticarət fəaliyyəti iə məşğul olmuşam. Həmin yerlərə müvafiq olaraq mənimlə “Binə” Ticarət Mərkəzi arasında 72 saylı anbara və “ArazAvia” şirkəti ilə 5-5-29E dükan yerinə icazə müqaviləsi bağlanmışdı. Uzun müddətdir ki, heç bir problem olmadan həmin dükan yerlərini işlətmişəm. Bazarın administrasiyası məndən razı qalıb, qonşularımla tam normal münasibətdə olmuşam. Lakin 2014-cü il sentyabr ayının ortalarında bilmişəm ki, Bağışov Əli Ələskər oğlu adlı şəxs (pasport nömrəsi 01173497, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 7, mənzil 78-də qeydiyyatdadır) mənim dükanımı qeyri-qanuni olaraq öz adına keçirmişdir. Bu adam mənim iştirakım olmadan bazarın administrasiyasına yaxınlaşmış, nə barədə söhbət etməkləri mənə məlum deyil, amma mənim icazə müqaviləm cırılıb atılaraq, yerinə Bağışov Əli ilə yeni müqavilələr bağlanmışdır. Nəticədə mənim dükanlarım qanunsuz olaraq Bağışov Əlinin əlinə keçmişdir.

      Yazıb sizə bildirirəm ki, Bağışov Əli Ələsgər oğlu və onun qardaşları vahhabilik təriqətinə bağlı olan adamlardır. Ona görə də Bazar adminisitasiyası onlardan qorxur və mənim hüquqlarımın pozulmasına rəvac verir. Bağışov Əlinin qardaşı Hatəmin oğlu Adəm Ələsgərli hal-hazırda Suriyada vahhabi terrorçu qruplaşmalarının tərkibində vuruşur. Bu adam, yəni Adəm Ələsgərli Azərbaycanda hərbi xidmət etmədi, əsgərlik vaxtı çatmasına baxmayaraq vahhabilərə qoşularaq Suriyaya vuruşmağa yollandı. Oradan tez-tez atası Hatəmə, bibisi oğlanlarına, digər qohumlarına zənd edir, vəziyyəti danışır, mesajlaşırlar. Bağışov Əli və Bağışov Hatəm imkanlı adam olduqlarından “islam” uğrunda döyüşən yaxınlarına maliyyə yardımları edirlər.

Mən bu gün bu cür terrorçu şəbəkə ilə üz-üzə qalmışam, həyatım təhlükədədir. Yerimi əlimdən alıb, özümə də xox gəlirlər. Xahiş edirəm ki, bu məsələni saytınızda və qəzetinizdə işıqlandırasınız dövlətimiz təhlükəsizliyimi təmin etsin.

      Bu iki qardaş Azərbaycan dövlətinin çörəyini yeyə-yeyə, dövlətin vacib işlərində işləyə-işləyə dövləti açıq-aşkar hər yerdə söyürlər. Bağışov Əli Ələskər oğlu “Ekol” şirkətində (Babək prospektində yerləşir) baş mühasib işləyir. YAP üzvü deyil, müsavatçıdır. O bura hansı yollarla dürtülüb, hamı təəccüb qalıb. Digər qardaşı Bağışov Hatəm Ələskər oğlu da Neft Daşlarında baş mühasib işində çalışır. Dini-imanı vahhabilik, siyasi əqidəsi müsavatçılıq olan bu qardaşlar neft sektoruna soxularaq külli miqdarda pul mənimsəyir, həmin puldan dövlətə qarşı istifadə edirlər. Maraqlıdır ki, bu mühasib qardaşların maaşları 1000-2000 manat olduğu halda, Binədə 43 ədəd yer alıblar, hansı ki o yerlərin hər birinin qiyməti 60 mindən tutmuş 250 min manata kimidir. Milyonlarla pulu bunlar hardan tapırlar? Binə Ticarət Mərkəzində Bağışov Əli Ələskər oğluna məxsus olan dükanların nömrələrini sizə təqdim edirəm:

2-3-60q, 6-3-53q, 4-4-91, 2-1-37, 4-3-79, 3-3-29, 4-1-26, 4-2-60, 4-5-72, 3-3-7, 12-3-50/51, 13-3-5, 13-3-37 saylı dükanlar Bağışov Əlinin Ələskər oğlunun adınadır. Bundan başqa, Binə Ticarət Mərkəzinin qabağındakı 80 kv. metr dükan Bağışov Əlinin həyat yoldaşı Bağışova Gülarə Əlisa qızının adınadır. Bu iki qardaş qanunsuz pullar hesabına Bakıda çoxlu ev də almışlar. Bu yaxınlarda Bağışov Hatəm Qaraçuxur qəsəbəsində 300 min manata ev yeri aldı, 600 min manata orda mülk tikdirdi. Bağışov Əli isə Qaraçuxur qəsəbəsində 400 min manata villa tikdirmişdir. Sabirabad rayonunun Ələmbəyli kəndində Bağışov Əlinin qoyunçuluq ferması da vardır, orda yüzlərlə baş qoyun saxlayır. Orda əkib-becərdiyi 60 hektar torpaq sahəsi də almışdır. Vahhabilyə və müxalifətə bağlı olan bu adamlar bu qədər pulu hardan gətirirlər? Bütün yaxın qohumlarını, bacısı uşaqlarını, baldızı uşaqlarını, qayınlarını, yeznə və bacanaqlarını neft sektorunda işə düzəldib, oranı yeyib talayırlar, halbuki hamısı müsavatçıdırlar, dövlətə nifrət edirlər. Aidiyyatlı orqanlardan xahiş edirəm ki, “Ekol” şirkətində və Neft daşlarında mühasib işləyən bu qardaşların fəaliyyətlərini yoxlasınlar.

 Onu da deyim ki, Bağışov Əli də əvvəl Qum adasında dövlət idarələrindən birində mühasib işləmiş və yeyinti hallarına yol verdiyindən orda işdən azad olunmuşdur. Vahhabilik hesabına çiçəklənən və boy atan bu şəbəkə ilə mən üzbəüz qalmışam. İndi də mənim dükanlarımı əlimdən alıb özümü də təhdid edirlər. Hətta bu məktublardan sonra aqibətim necə olacaq bilmirəm, həyatım təhlükə altındadır. Dükanlarımın qanunsuz olaraq ələ keçirildiyinə görə etirazımı bildirmişəm, buna görə də mənə tez-tez hücum çəkir, bazarda söyüş söyür, öldürəcəkləri ilə hədələyirlər. 43 dükanları olduğu halda mənim iki xırda dükanıma da göz dikiblər. Xahiş edirəm ki, dövlətimiz araşdırma aparsın, mənim haqqım özümə qaytarılsın. Xahiş edirəm ki, əlimdən alınmış dükanların cinayətkar şəbəkədən özümə qaytarılmasında yardımçı olasınız”.

Redaksiyadan: Biz yazını dərc etməzdən öncə Bağışov Əli Ələskər oğlu ilə telefon əlaqsəi yaradıb, onun da mövqeyinə yer ayırmaq istədiyimizi bildirdik. Təəssüf ki, Əli Bağışov açıqlama vermək əvəzində “... nə yazıb dərc edin” deməklə kifayətləndi.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam