Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda ölən şəxsin kimliyi məlum olub - FOTO

 

 

Ötən gecə Bakının mərkəzində küçədə ölən şəxsin kimliyi məlum olub.

Yenixeber.org: Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, ölən şəxs Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynovdur. 

O deyib ki, paytaxtın 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verən ölüm hadisəsi ilə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınsına çağırış birinci dəfə saat 03.20 radələrində daxil olub. Baş həkimin sözlərinə görə, çağırışı mərhumun dostu edib. 

R.Nağıyev qeyd edib ki, saat 03.36 radələrində, yəni çağırışdan 16 dəqiqə sonra həkim briqadası artıq hadisə yerində olub: “Bizdə həm səs yazıları, həm də monitor izlənmə var. Hamısı qeydiyyatdadır. Polis maraqlanıb və 03.37-də təcili yardım orada olub. Biz ora çatanda artıq şəxs dünyasını dəyişmişdi. Ətrafdakılarının dediyinə görə, o, yaxınlıqdakı bardan çıxıb. Dostu çağırış versə də, hadisə yerindən qaçmışdı. Lakin sonra polis onu tapıb gətirib. Polisin sözlərnə görə, ölən şəxs narkotik istifadəçisi olub”.

Baş həkim bildirib ki, içkidən belə sürətli ölüm hadisəsi baş verə bilməz: “Elə olsaydı, həmin şəxsdə ağırlaşma və ya komaya düşmə halları ola bilərdi. Sürətli ölüm halı narkotik qəbulunda qeydə alınır. Meyit aidiyyəti üzrə təhvil verilib, hüquq-mühafizə orqanları məsələni araşdırır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam