Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Polis əməkdaşları külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarıb

 

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirləri davam etdirir

Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən çəkisi 525 qram olan marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirovdan 11,55 qram, evindən isə əlavə olaraq çəkisi 3 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbə sakini Sahib Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 230 ədəd, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəqurbanlı kənd sakini Faiq Yusifova məxsus həyətyanı sahədən 91 ədəd, Kür çayının sahilindən isə 224 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər göütürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam