Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrandan dərman preparatları gətirərək satan qadın həbs edilib

 

Astara rayon sakinindən 10 min ədəd güclü təsiredici dərman preparatları götürülüb

Yenixeber.org:  Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxil olan tramadol adlı dərman preparatlarının satışı ilə məşğul olan Rəna Həsənova saxlanılıb.
Eyni zamanda davam edən tədbirlərlə Astara rayonu ərazisində ayrı-ayrı şəxslərə dərman preparatlarının satışı ilə məşğul olduğu müəyyənləşib. Onun yaşadığı evdən 160 ədəd güclü təsir edən tramadol tərkibli dərman preparatı aşkar edilərək götürülüb.
Bundan başqa, saxlanılan şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş 9098 ədəd güclü təsir edən dərman preparatlarını satış məqsədi ilə əldə edərək fərdi yaşayış evinin həyətindəki tikilidə saxladığı müəyyənləşib.
R.Həsənova barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam