Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gömrükdə yenə də narkotika tutuldu

Gömrükdə yenə də narkotika tutuldu

 

Gömrük əməkdaşları güclü təsir edən maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Yenixeber.org Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200 mq" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam