Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qubada qumar üstündə qətl törətməkdə təqsirləndirilən sevgililərin məhkəməsi başlayıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən sevgililərin - Eşqin Rəsulov və Ramella Əlmuradovun cinayət işi üzrə məhkəmə iclası başkayıb

Yenixeber.org:  Hakim Samir Əliyevin sədeliyi ilə keçirilən prosesdə həmin şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 18-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. E.Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi nikahda yaşadığı R.Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı A.Balayev E.Rəsulovu təhqir edib. Bu zaman E.Rəsulov A.Balayevi yerə yıxaraq yumruq-təpik zərbələri vurmağa başlayıb.

Ciddi müqavimət görən E.Rəsulov R.Əlmuradovadan dostunun əl-qolunu bağlamaq üçün ip istəyib. Qadın da ipi gətirərək A.Balayevin əl-qolunu bağlayıb. Köməksiz vəziyyətdə qalan A.Balayevi yumtuq-təpik zərbələri vuraraq qətlə yetirib.

E.Rəsulov ilkin ifadəsində dostunun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi məlum olub.

A.Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən E.Rəsulov isə əvvəllər məhkum olub.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam