Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Nənəmin təndiri"nin yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvlərinin məhkəməsi başlayıb

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nənəmin təndiri" restoranının yaxınlığında atışmada təqsirləndirilən kriminal aləmin üzvləri - Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, təqsirləndirilən X.Səlimxanovla T.Nağızadənin şəxsiyyət vəsiqəsi cinayət işində yoxdur.

Məhkəmənin növbəti islası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi 134 ünvanında yerləşən "Nənəmin Təndiri" restoranın yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Daha sonra X.Səlimxanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) 234-cü (narkotik) maddəsi ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam