Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polis mayorunun məhkəməsi başlayıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik xassəli bitkilərin kultivasiyasında (yetişdirilməsi) təqsirləndirilən polis mayoru İlqar Rzayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Yenixeber.org: Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı sentyabrın 28-nə təyin edilib.

 

İttihama görə, İ. Rzayev Xəzər rayonu, Qala qəsəbəsində özünə məxsus bağ evinin həyətyanı sahəsində 50 ədəd narkotik təbiətli çətənə bitkisini qanunsuz olaraq yetişdirərək, kultivasita edib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3 (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam