Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN-də vəzifəli şəxslərin həbs xəbəri yayıldı

 

Beyləqan rayon Polis İdarəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi İlham Pənahovun saxlanılması ilə bağlı məlumat yayılıb

    "Xeberinfo.com": Rayon sakinlərindən AzNews.az-a daxil olan xəbərə görə, şöbə müdiri və onun Məmməd adlı müavini korrupsiyada, daha dəqiqi saxta yolla pasport düzəltməkdə ittiham olunur.

   Bildirilir ki, bu şəxslər Gürcüstan vətəndaşından külli miqdarda pul alaraq onlara Azərbaycan pasportu verdiklərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. E. Sultanov yayılan xəbəri dəqiqləşdirib, məlumat verəcəyini bildirsə də, sondan zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də eyni münasibət sərgiləndi. Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov şöbənin digər əməkdaşı Orxan Mansurzadəyə müraciət etməyimizi məsləhət gördü. O.Mansurzadə isə dəqiqləşdirmək üçün vaxt istədi, sonradan isə zənglərimizə cavab vermədi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam