Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mağazadan 2500 manatlıq oğurluq edənlər saxlanıldı – VİDEO

xacmaz ogurluq

 

Xaçmazda 2 tanış əlbir olaraq geyim mağazasını qarət edib.

 

Xeberinfo.com:  ARB TV xəbər verir ki, zərərçəkən şəxsə 2500 manat məbləğində ziyan vuranlar isti izlərlə saxlanılıb.

RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədənlərin, şəhər sakini Elvin Heydərov və Köhnə Xaçmaz kənd sakini Əziz Hacıbalayev olduğu müəyyənləşib. İstintaq zamanı məlum olub ki, Əziz və Elvin qabaqcadan əlbir olaraq oğurluq planı hazırlayıblar. Elvin Heydərov 27 BX-311 dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomaşınla Xaçmaz şəhəri, Nəriman Nərimanov prospektində yerləşən Axunbala Kərimova məxsus mağazanın qarşısında pusquda dayanıb. Əziz Hacıbalayev isə mağazanın qapısını sındıraraq içəri daxil olub. Mağazadan müxtəlif adda uşaq, qadın və kişi paltarları oğurlanıb. Saxlanılan şəxslər əməllərindən peşman olduqlarını bildiriblər.

Əziz Hacıbalayev və Elvin Heydərovun digər oğurluq əməllərində iştirak edib-etməmələri araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam