Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Həmişə sürdüyüm maşındır" -Sərxoş olub qonşusunun maşınını oğurladı - VİDEO - FOTO

 

"Həmişə sürdüyüm maşındır" -

 

Bakı sakini oğurladığı avtomobillə Şirvanda yaxalanıb

Yenixeber.org:  Paytaxt sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə "VAZ-2106" markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil sürücü ilə birlikdə saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin paytaxtın Xətai rayon sakini, 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib. Onun Elməddin Ağalarovun qonşusu olduğu üzə çıxıb.

Samir Məhərrəmov (saxlanılan şəxs): "İçkili olmuşam. Həmişə götürüb sürdüyüm maşındır. Özündən də istəsəm, bu dəqiqə verərdi".

Faktla bağlı araşdırma aparılır.

 

"Həmişə sürdüyüm maşındır" - Sərxoş olub qonşusunun maşınını oğurladı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam