Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İki cinayət birdən açıldı

İki cinayət birdən açıldı

 

Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub

 

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib.

Polis İdarəsində aparılan araşdırmalarla onun Xırdalan şəhər sakini Yunis İmanov olduğu müəyyən edilib. Aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-də şəhər ərazisindən Saray qəsəbə sakini Ağabəy Kələntərliyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da aşkar edilib.

Polis əməkdaşları tərəfindən “OKA” markalı avtomobil Yasamal rayonu ərazisində tapılaraq maddi sübut kimi götürülüb.

Y.İmanovun “VAZ-2106” markalı avtomobili isə hissələrə bölərək metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Həmin avtomobilin bəzi hissələri onun yaşadığı evin həyətindəki zirzəmidən aşkar olunaraq maddi subut kimi götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam