Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda civə satmaq istəyən şəxslər saxlanılıb

 

 

İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb

 

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

Qeyd edilən faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam