Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda keçmiş məhkum silah satarkən tutuldu

 

 

Paytaxtın Nizami rayonunda “Revolver” markalı tapança satmaq istəyən şəxs saxlanılıb

 

Yenixeber.org: DİN-dən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 3 ədəd patron olan “Revolver” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam