Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı iş adamının hotelində oğurluq– FOTO

Azərbaycanlı iş adamının hotelində oğurluq

 

“Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə Türkiyənin Antalya şəhərində tikilən “Mardan Palace” hotelində oğurluq hadisəsi qeydə alınıb

 

Yenixeber.org: Hotelin çölündə olan dekorativ qoruyucu çəpərlər gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Türkiyə polisi 2 metr uzunluğundakı 7 çəpəri oğurlayanları tapmaq üçün axtarışlara başlayıb.

Qeyd olunur ki, banka külli miqdarda borcu olan və satışa çıxarılan hoteldə işçilər işdən çıxarılıb, işıq kəsilib, siqnalizasiya sistemi ləğv olunub. Buna görə də obyektdə artıq bu kimi oğurluqlar günbəgün artır.

Xatırladaq ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. O, iki qətlin sifarişində ittiham olunur. Bundan öncə cinayət hadisələri ilə bağlı biznesmenin qardaşı Rafiq İsmayılov həbs olunmuşdu. O, 2016-cı ilin mayında Novorijsk şossesində ticarət kompleksinin rəhbəri Vladimir Savkin və “Люблино моторс” şirkətinin təsisçisi Yuri Brilyovun qətlində təqsirləndirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam