Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıda şirkətə basqın olub

 

             “Gilan Aqro” MMC-yə basqın edənlərdən biri tutulub
  
"Xeberinfo.com": Bakıda “Gilan Aqro” MMC-yə basqın edən maskalı şəxslərdən biri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs basqın edib. Onlar 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb.
Həmin şəxslər mühasibat otağından içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıblar.
Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub.
Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam