Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakının kriminal hadisələri

 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb.

 

 

“xeberinfo.com” həmin xəbərləri təqdim edir: 

 

Bakı Şəhər BPİ NMİ vəYasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Emin Səttarovdan 45 qrama yaxın tiryək, Cabbar Cabbarovdan isə 480 qram marixuana götürülüb.

Xəzər RPİ 1-ci PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 29,177-ci (oğurluğa cəhd) maddəsilə axtarışda olan Babək Həşimov tutulub.

Martın 30-na keçən gecə, Zirə qəsəbə sakini Pərviz Yunusova, Ağamirzə Mütəllimova, Əbülfəz Zeynalova məxsus mağazalardan, qapının qıfılını sındırmaq yolu ilə noutbuk, fotoaparat, pul, 6 ədəd mobil telefon, danışıq kartları, Nazim Məmmədova məxsus aptekdən plastik qapının qıfılını sındırmaqla pul oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Əliyev tutulub.

Xəzər RPİ 2-ci PB və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci və 320-ci maddələri ilə axtarışda olan Fəzail Azayev tutulub.

Martın 30-da Biləcəri qəsəbəsi Natavan küçəsində, orada yaşayan Elşad Babaşov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Abdullayev tutulub.

Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Biləsuvar rayon sakini Səidə Qasımovadan 44 qrama yaxın heroin və 74 qramdan artıq tiryək götürülüb.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rübabə Quliyeva tutulub.

Martın 30-na keçən gecə, Bakı şəhər sakini Elxan İsgəndərova məxsus Yeni Günəşlı qəsəbəsində yerləşən «Topaz» məntəqəsindən, qapının qıfılını sındırmaqla 3700 manat oğurlanıb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Çingiz İmanov tutulub.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur Süleymanov tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam