Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Baş həkimin oğlu avtomobillə adam öldürdü

Baş həkimin oğlu avtomobillə adam öldürdü

 

Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb.

Yenixeber.org: Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Teymur Əliyev küçəsində 10-ST-908 dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam