Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yüksək rütbəli polisin qardaşı özünü asdı

 

 
              Bakıda Xəzər rayonu ərazisində intihar hadisəsi qeydə alınıb.
"Xeberinfo.com": Məlumata görə, Türkan qəsəbəsində dəniz kənarındakı kölgəlikdən asılı vəziyyətdə kişi meyiti tapılıb. İntihar edən şəxs Sabunçu rayon sakini 1963-cü ildə anadan olmuş Orucov Camal Rəhim oğludur. Araşdırmalar zamanı məlum olub ki, mərhum Nərimanov rayon polis rəisinin keçmiş müavini Mətləb Orucovun qardaşıdır. Mətləb Orucov hazırda təqaüddədir.
Bildirilir ki, Camal Orucov çimərliyə intihar etməmişdən iki saat əvvəl özünün "Toyoto Prado"su ilə gəlib. O, özünə çimərlik geyimi aldıqdan sonra iki saata yaxın sahildə gəzib. Qaranlığın düşməsini gözəyən və ərazidə heç kəsin qalmadığından əmin olan şəxs özünü asıb. Kölgəlik alçaq olduğundan o, ayaqlarının yerə dəyməməsi üçün onları qatlayıb.
Özünüqəsdin səbəbləri hələ ki, bəlli deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bunu intihar edən şəxsin psixoloji vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirilər.
Xatırladaq ki, özünü asan Camal Orucovun maddi imkanı, ailədaxili münasibətləri, cəmiyyətdəki mövqeyi yüksək səviyyədə olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam