TÜRKİYƏYƏ QARŞI “YUNANISTAN CƏBHƏSİ”… –Tsipras Putinə şikayətlənib
Xarici KİV-lərin verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Aleksis Tsipras bəyan edib ki, cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə söhbəti zamanı Yunanıstanın 2 hərbçisinin Türkiyə tərəfindən saxlanması məsələsinə yönəlik ölkəsinin mövqeyini də ortaya qoyub.
Yenixeber.org: Yunan tərəfinin məlumatına görə, Yunanıstanın hərbi patrulu martın 1-də Evros rayonunda pis hava şəraiti səbəbilə səhv olaraq, Türkiyə ərazisinə keçib və Türkiyə hərbçiləri tərəfindən saxlanıb. Afina gözləyib ki, türklər bir gün ərzində saxlananları qarşı tərəfə təhvil verəcək, ancaq Türkiyə tərəfi onları hərbi sərhədi qanunsuz keçməkdə günahlandırıb. İndi onları casusluğa görə, ittiham gözləyir.
Yunan hərbçilər özləri bildiriblər ki, pis hava şəraitinə görə, oriyentasiyanı itirərək, Türkiyə ərazisinə daxil olublar.
Avropa İttifaqı (Aİ) sammitinin yekunlarına görə, Brüsseldə keçirilən mətbuat konfransında Yunanıstan jurnalistləri Tsiprasdan soruşublar ki, Baş nazir Putinlə söhbət zamanı həmin hərbçilərin taleyi barədə məsələ qaldırıbmı və məsələ barədə Rusiya Prezidentinin mövqeyi necədir?
Mətbuat konfransı Yunanıstanın «ERT» ictimai televiziyası ilə birbaşa yayımlanıb.
«Mən, həmsöhbətlərimin mövqeyi barədə danışma bilmərəm, xüsusilə də onlar böyük dövlətlərin lideri olarsa. Onu deyə bilərəm ki, beynəlxalq təhlükəsizlik problemlərinə, Avropa-Rusiya münasibətlərinə və son vaxtlar bölgədə Türkiyənin hərəkətlərinə yönəlik bizim mövqeyimizi Prezident Putinə açıqladım… Əlbəttə, mən iki hərbçimizin saxlanması məsələsinə yönəlik mövqeyimizi də Putinin nəzərinə çatdırdım» – deyə, Tsipras cavab verib.
Tsipras onu da bəyan edib ki, sözügedən hərbçilərinin azad olunmasını Türkiyədən tələb edəcək və bu məsələdə Aİ-nın dəstəyinə ümid edir.
Onun sözlərinə görə, Türkiyə yunan hərbçiləri qeyri-qanuni saxlayır ki, bu da Ankaraya inamı sarsıdır və ölkələr arasında inamın saxlanmasına xidmət etmir.
Bütün bunlar göstərir ki, Yunanıstanın bölgədə (və bütün dünyada) Türkiyəyə yönəlik təxribatları nəinki səngimir, hətta son vaxtlar xeyli intensivləşib. Məsələn, Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddə iştirak edən Türkiyə hərçilərindən bir qismi o zaman Yunanıstana sığınmışdı, ancaq Yunanıstan tərəfi onarı Türkiyəyə təhvil vermədi…
Başqa bir misal – son aylar Yunanıstanın (həm də Aİ-nın) «dobro»su ilə Kiprin yunan kəsimi, adanın türk qisminin maraqlarını nəzərə almadan, Kipr şelfində neft-qaz kəşfiyyatı üzrə qazma işləri aparmağa cəhd göstərir və bununla da Türkiyəni açıq-aşkar münaqişəyə çəkməyə çalışır. Türkiyə hərəkətə keçən zaman isə Tsipras Putinə (və Aİ-na) şikayətlənməyə başlayır…
Heç təsadüfi deyil ki, bu günlərdə Avropa İttifaqı bu məsələ ilə bağlı öz mövqeyini açıq-aşkar ortaya qoydu: «Biz, Yunanıstanın yanındayıq…».
Beləliklə, aşkar görünür ki, Avropa İttifaqı, Birləşmiş Ştatlar Türkiyəyə qarşı kürd faktorunun ardınca, indi də başqa bir münaqişə ocağı və «muzdlu qladiator» dəstəsi hazırlayır. Bu baxımdan, beynəlxaq sionizmin sözügedən bölgədə Türkiyəyə qarşı yeni bir cəbhə (Aİ, ABŞ dostlarının əli ilə ) açacağı istisna deyil.
Paralael olaraq, bu ilan yuvası bütün istiqamətlər üzrə Türkiyəni təkləməyə çalışır – bunu nəzərdən qaçırmaq olmaz. Görünür ki, bizlər də Leninin yolu ilə gedərək, zamanındaca, «Bütün dünyanın türkləri, BİRLƏŞİN!» çağırışı edərək, bu «ilan sürüsü»nü növbəti dəfə dənizə tökməli olacağıq!(Azpolitika)
Mirzə AĞ