Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

SÖKÜLƏN OTELİN SİRRİ:Kompensasiya verilməyib və verilməsi də gözlənilmir!

otel02

 

Qəzəbə gələn sahibkar Şahmar Mövsümovun qayınatasıdır!

Xeberinfo.com:  Bakının Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsi ilə üzbəüz) yerləşən “Araz” mehmanxanasının bir sutka içində sökülməsinin sirri açılıb. “AzPolitika.info”ya daxil olan məlumata görə, bu obyekt onun sahibinin Azərbaycan reallıqlarına “qeyri-adekvat” davranışına görə məhkəmə qərarı olmadan, hətta içindəki əşyalar boşaldılmadan onlarla texnikanın cəlb olunması ilə bir sutka içində sökülüb. Bu zaman sahibkara heç bir kompensasiya verilməyib və verilməsi də gözlənilmir!

“AzPolitika” dəqiqləşdirib ki, ötən ayın 23-də sökülən “Araz” oteli və ona bitişik, ümumilikdə 3 hektar ərazidə yerləşən digər obyektlərin sahibi əslən məşhur Nehrəm kəndindən olan Novruzəli İbrahimovdur. Novruzəli İbrahimovun bir neçə tanınmış, yüksək vəzifəli şəxslə yaxın qohumluq əlaqələri var. Belə ki, N.İbrahimov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun doğma əmisi oğlu, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərovun isə qayınatasıdır. Bəzi məlumatlara görə, o, əslində elə Nazim İbrahimovun biznesini idarə edənlərdən biridir.

Şahmar

Bizə verilən məlumata görə, “Araz” oteli və digər obyektləri sökülməzdən 2 gün öncə Novruzəli İbrahimovla görüş olub. Ona təklif olunub ki, 10 milyon manat kompensasiyanı götürsün və 10 gün ərzində ərazini təhvil versin. Bu təklifi eşidən Novruzəli İbrahimov əsəblərini cilovlaya bilməyib və elçiləri təhqir edərək qovub.  Sahibkarı özündən çıxaran kompensasiya məbləğinin ərazinin real dəyərindən dəfələrlə kiçik olması olub. Həqiqətən də şəhərin belə prestijli rayonunda üstündə 4 mərtəbəli otel və bir neçə obyektin olduğu ərazi üçün 10 milyon manat həddən artıq kiçik rəqəmdir. Bu ərazinin real dəyəri, çox böyük ehtimalla, azı 35-40 milyon manat təşkil edə bilər.

Lakin N.İbrahimov bəzi reallıqları nəzərə almadığından, necə deyərlər, çox istəyərkən azdan da olub – “Araz” otel və digər obyektlərin dərhal sökülməsi barədə göstəriş verilib.Sahibkara əvvəl təklif olunan 10 milyonluq kompensasiyanın verilməsi də sual altına düşüb.

nazim_ibrahimov_270215

N.İbrahimova yaxın mənbə onun “qanunsuzluğa qarşı” dirənmək, hətta lazım gələrsə Avropa Məhkəməsinədək getmək niyyətində olduğunu bildirib.

Ancaq çox güman ki, Novruzəli İbrahimovun reallıqla barışmaqdan başqa çarəsi olmayacaq. Müqavimət göstərməyin nə ilə nəticələnə biləcəyini elə öz yaxınları – Şahmar Mövsümov, Nazim İbrahimov və başqaları ona izah edəcəklər…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam