Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Hilton”un sahibi dəyişir

862c5e16d669ee543b7873e0e2785f7c

Çinin “HNA Tourism Group” konqlomeratı “Hilton Worldwide Holdings Inc.” otellər şəbəkəsinin səhmlərinin 25%-ni (247,5 mln. ədəd səhm) “Blackstone” investisiya fondundan 6,5 mlrd. dollara əldə olunması ilə bağlı razılığa gəlib.

Xeberinfo.com:   “İnterfax” agentliyinə istinadən xəbərə görə, Çin şirkəti hər səhmə görə 26,25 dollar ödəyəcək. Bununla da Çin şirkəti şəbəkənin ən iri səhmdarı olacaq.

Gözlənilir ki, Çin şirkətinin iki nümayəndəsi “Hilton”un Direktorlar Şurasına daxil olacaq. Bununla belə, “Blackstone” şirkətinin iki nümayəndəsi öz portfelini qoruyacaq. Onlardan biri Direktorlar Şurasının sədri Conatan Qreydir.
Bu xəbər yayıldıqdan sonra “Hilton”un səhmləri 1,4% bahalaşıb. Şirkətin kapitallaşması isə 22,7 mlrd. dəyərində qiymətləndirilir. Şirkət 104 ölkədə 4 700-dən artıq daşınmaz əmlaka sahibdir.
Qeyd edək ki, Azərbaycanda da “Hilton” brendi altında otel fəaliyyət göstərir. “Hilton Baku” oteli 2011-ci ilin oktyabr ayının 3-də açılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam