Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Bankın eks-rəhbəri saxlanıldı

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin eks sədri, vəzifəsindən sürpriz şəkildə azad edilən Elmar Məmmədov saxlanılıb.

Xeberinfo.com:   Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.

Elmar Məmmədov bu vəzifədə hazırda həbsdə olan Cahangir Hacıyevi əvəzləmişdi və onun Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsi faktiki olaraq batırılan dövlət bankını sağlamlaşdırmaq tədbirlərinin bir hissəsi idi. Lakin belə görünür ki, Elmar Məmmədov ona göstərilən etimadı doğrultmayıb. Hələlik onun nədə ittiham edildiyi məlum deyil. Bununla belə ehtimal edilir ki, Elmar Məmmədovun vəzifədən azad edilməsi və saxlanılması dollar “qara bazarı”nın geniş vüsət alması və son vaxtlar valyuta spekulyasiyasının narahatlıq doğuracaq dərəcədə artmasıdır. Hazırda hüquq-mühafizə orqanları Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə dollar “qara bazarı” ilə bağlı araşdırma aparır, banklardan dolların qara bazara necə ötürüldüyünü üzə çıxarmağa çalışır.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Fondunun Beynəlxalq Bankda aşağı faizlə rekord həcmdə-1 milyard dollar depozit yerləşdirmişdi və bu, valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün atılan addımlardan biri idi. Həmin depozitin yerləşdirilməsindən sonra doğrudan da bazarda bir müddət dollar bolluğu yarandı, manat yenidən dəyər qazanmağa başladı. Ancaq daha sonra dollar yenidən qıtlaşdı, məzənnə isə artmaqdadır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam